Zədəsi sağalan Portuqaliyanın “Boavişta” klubunun qapıçısı Kamran Ağayev futbol üzrə Azərbaycan milli komandası ilə birgə məşqlərdə iştirak edib.Azərtac AFFA-nın rəsmi “facebook” səhifəsinə istinadla xəbər verir ki, 31 yaşlı qolkiper hazırda özünü yaxşı hiss edir. K.Ağayev bir neçə gün əvvəl məşq zamanı aldığı kiçik zədə səbəbindən hazırlıq prosesindən kənarda qalmışdı. Artıq zədəsi sağalan K.Ağayev 2018-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Almaniya milli komandaları arasında keçiriləcək oyunda iştirak edə biləcək.Xatırladaq ki, baş məşqçi Robert Prosineçki Almaniya ilə matça 26 futbolçu dəvət etsə də, Ruslan Abışov və Namiq Ələsgərov zədəli olduqları üçün hazırlıq prosesinə qatıla bilməyiblər.Martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan-Almaniya qarşılaşması saat 20:00-da başlayacaq.Görüşü italiyalı baş hakim Daniele Orsato idarə edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…