2017-ci ilin təqvim planına uyğun olaraq…

26 Mart 2017 11:47

Xəbər 1041 dəfə oxunub

Güləş yığmalarımız 2017-ci ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirir.Azərtac xəbər verir ki, sərbəst güləş üzrə yığma komandamız Rusiya Federasiyasının Kislovodsk şəhərində təlim-məşq toplanışındadır.Yığma komandanın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və Sadruddin Ayqubovun rəhbərliyi altında yığma komandanın 25 üzvü Kislovodskda hazırlıq keçir.Təlim-məşq toplanışı aprelin 1-dək davam edəcək. Toplanışdan sonra yığma komandamızın üzvləri Bolqarıstanda keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.xeber100.com