Nazirlər Kabineti “İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydaları barədə Əsasnamə”də dəyişiklik edib. Apa-nın məlumatına görə, bu Əsasnamə istehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydalarını müəyyən edir. Əsasnaməyə əsasən yeni şərabçılıq məhsuluna ad almaq üçün istehsalçı Kənd Təsərrüfatı Nazirliyinə ərizə təqdim etməlidir. İndiyə qədər ərizə ilə birlikdə məhsula dair annotasiya, məhsula ad verilməsi barədə əsaslandırma məktubu, məhsulun hazırlanma texnologiyasına dair təlimat, məhsulun tərkibi barədə reseptura məlumatları, məhsulun orqanoleptik və fiziki-kimyəvi göstəriciləri barədə laboratoriya arayışı, məhsulun hazırlanmasında istifadə olunan xammal və materialların mənşəyi barədə məlumatlar, məhsul buraxılan qabların nümunələri, habelə xarici tərtibatının, o cümlədən etiketlərinin eskizləri və ekspertiza üçün qablaşdırılmış məhsulların nümunələri təqdim olunub. Dəyişikliyə əsasən bundan sonra həmin məhsulun tərkibində genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməməsi barədə sənəd də ərizəyə əlavə edilməlidir. Qeyd edək ki, xüsusi ad verilən şərabçılıq məhsulu Azərbaycan Respublikasının Kənd Təsəsrrüfatı Nazirliyi(KTN) tərəfindən 3 gündən gec olmayaraq dövlət reyestrində qeydiyyata alınır. Yeni ad altında dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarına Azərbaycan Respublikasının KTN tərəfindən məhsulun attestasiyasına dair 15 gün müddətində şəhadətnamə təqdim edilir. Şəhadətnamə 5 il müddətində verilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…