“Adria Mobil” Qran-Prisi keçiriləcək

2 Aprel 2017 11:13

Xəbər 961 dəfə oxunub

Sloveniyada velosipedçilərin Avropa turları seriyası çərçivəsində birgünlük “Adria Mobil” Qran-Prisi keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycanın “Synergy Baku” kontinental komandası da yarışda iştirak edəcək. Komandamızın heyətində Yosip Rumaç, Ənvər Asanov, İsmayıl İlyasov, Elgün Əlizadə, Elçin Əsədov, Kənan Qəhrəmanlı, Kiril Pozdnyakov və Musa Mikayılzadə yer alacaqlar.Bu turnir 18 yaşlı M.Mikayılzadənin “Synergy Baku”nun heyətində debütüdür.Qeyd edək ki, yarış aprelin 2-də keçiriləcək. Komanda daha sonra Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı ongünlük Mərakeş turunda iştirak edəcək.xeber100.com