Cüdo Federasiyasının cüdo zalları fəaliyyətə başlayıb

6 Aprel 2017 11:33

Xəbər 1102 dəfə oxunub

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimonolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Artıq respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perspektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.Azərtac xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri bu dəfə Ağsu rayonunda olublar. Əvvəlcə Ağsu rayon Növcü kənd tam orta məktəbində cüdo zalı şagirdlərin istifadəsinə verilib. Bu zalda Növcü və ətraf kəndlərdən olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.Sonra Ağsu İdman Kompleksində cüdo zalının açılışı olub.xeber100.com