“Karpoş open 2017” beynəlxalq turnirinin 5-ci turunun görüşləri keçirilib

6 Aprel 2017 11:55

Xəbər 734 dəfə oxunub

Skopyedə “Karpoş open 2017” beynəlxalq turnirinin 5-ci turunun görüşləri keçirilib.Azərtac xəbər verir ki, görüşlərin nəticələrinə görə, hərəyə 4,5 xal toplamış 5 şahmatçı turnirə liderlik edir. İyirmi şahmatçı, o cümlədən Azərbaycan nümayəndələri – beynəlxalq dərəcəli şahmat ustası Ülvi Sadıqov və Bəhruz Rzayev onlardan yarım xal geri qalırlar.İsveçrə sistemi üzrə keçirilən Makedoniya turniri 9 turdan ibarətdir. Turnirdə 25-i qrossmeyster olmaqla, 31 ölkədən 215 şahmatçı qalib adı uğrunda mübarizə aparır.Bu gün 6-cı turda Bəhruz Rzayev qrossmeyster Anton Demçenko (Rusiya), Ülvi Sadıqov FIDE ustası İoannis Statopoulosla qarşılaşacaqlar.Beynəlxalq “Karpoş open” turniri aprelin 8-də başa çatacaq.xeber100.com