Gürcüstanın dörd populyar kanalı (“İmedi” TV, “GDS” TV, “Pirveli” TV və “Marneuli” TV) “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.“Azərkosmos”dan Azərtac-a bildirilib ki, ASC ilə imzalanan kommersiya müqaviləsinə əsasən, kanallar 2017-ci ilin aprel ayından etibarən 11095/H/30000 tezliyi ilə yayımlanır. Gürcüstanda, xüsusilə azərbaycanlıların sıx məskunlaşdığı bölgələrdə kifayət qədər izləyicisi olan bu kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, analitik, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş edilir.Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən (C diapazonda 24, Ku diapazonda 12 transponder) ibarətdir. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla, Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…