Hazırda Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar artaraq 44,47 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,32 dollar artaraq 46,12 dollar olub. Neftin kəskin bahalaşmasına Beynəlxalq Enerji Agentliyinin açıqladığı hesabat səbəb olub. Agentliyin hesabatında bildirilir ki, 2016-cı ildə OPEC-ə üzv olmayan ölkələrdə neft hasilatı rekord dərəcədə aşağı düşəcək. Hesabat müəllifləri hesab edir ki, bu, bazarda balans yaradacaq.Agentliyin rəhbəri Fatih Birol qeyd edib ki, neftin qiymətinin aşağı olması son iki ildə investisiyaların 40%-dək azalmasına səbəb olub: “Bu hal daha çox ABŞ, Kanada, Latın Amerikası və Rusiyada müşahidə olunur. Bu il biz gündəlik 700 min barrel neftin hasil olunmasını gözləyirik ki, bu, son 25 ildə rekord dərəcədə aşağı göstəricidir. Bununla yanaşı, Hindistan, Çin və digər inkişaf etməkdə olan ölkələrdə tələb artır”. Məhz bu hesabat və bəyanatdan sonra neftin qiymətində artım müşahidə olunmağa başlayıb. Bununla yanaşı, ABŞ-da neft ehtiyatlarının həcminin gözləniləndən daha az olması birjaları canlandırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…