“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciəti…

8 Aprel 2017 12:18

Xəbər 893 dəfə oxunub

Azərbaycanda Formula-1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) iyunun 23-25-də təşkil olunacaq Azərbaycan Qran-Prisinə hazırlıqla əlaqədar Bakı şəhər halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini davam etdirir.BŞH-dən Azərtac-a bildiriblər ki, aprelin 7-də axşam saatlarından etibarən baryerlərin quraşdırılmasına start veriləcək.Paytaxt sakinlərindən göstərilən müddətdə trekin bu hissəsində avtomobili saxlamamaq xahiş olunur. Əks halda işin fasiləsiz gedişatına maneçilik törədən nəqliyyat vasitələri evakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.Əməliyyat şirkəti müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən təşəkkürünü bildirir.xeber100.com