Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mayın 10-da yeni hərrac keçirəcək. Komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində təşkil olunacaq hərraca ümumilikdə 99 əmlak çıxarılıb . Bunlardan 21-i səhmdar cəmiyyət, 38-i kiçik dövlət müəssisə və obyekti, 29-u istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir.ƏMDK-dan Azərtac-a bildirilib ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər Sabirabad, Ağsu, Bərdə, Şirvan, Lənkəran, Tərtər və Kürdəmirdə yerləşir və əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Nizamnamə kapitalı isə 69 min manatla 851 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan və ilkin start qiyməti ən yüksək olan əmlak “Sabirabad Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyətidir. Onun səhminin 30 faizi 127 min 552 manata təklif olunur. Bundan başqa, qiymətinə görə digərlərindən fərqlənən daha bir əmlak “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın səhmi isə hərrac iştirakçılarına 125 min 992 manata təklif edilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…