Aprelin 11-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, “Yuventus” (İtaliya) komandası “Barselona”nı (İspaniya), “Borussiya Dortmund” (Almaniya) isə “Monako”nu (Fransa) qəbul edəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.Bu, “Barselona” və “Yuventus” komandalarının indiyədək səkkizinci görüşü olacaq. “Yuventus” doğma meydanda keçirdiyi son 21 avrokubok oyununda məğlub olmayıb (12 qələbə, 9 heç-heçə). Kataloniyalılar iki il əvvəl UEFA Çempionlar Liqasının finalında turinliləri 3:1 hesabı ilə məğlub ediblər.Digər oyunun da gərgin idman mübarizəsi şəraitində keçəcəyi gözlənilir. “Borussiya Dortmund” qitənin ən mötəbər klub turnirində keçirdiyi son 12 ev oyununda yalnız bir dəfə məğlub olub. Dortmundlular həmin oyunların doqquzunda qələbə qazanıblar. Almaniya təmsilçisi indiyədək Fransa klubları ilə keçirdiyi 16 görüşün 6-da qalib gəlib, 5-də isə heç-heçə edib. “Monako” isə Almaniya klubları ilə üz-üzə gəldiyi 16 görüşün 7-də qələbə qazanıb, 3 görüşdə heç-heçəyə nail olub.Komandalar arasında cavab görüşləri aprelin 19-da oynanılacaq.UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin digər qarşılaşmalarında isə “Bavariya” komandası “Real Madrid”i, “Atletiko Madrid” isə “Lester Siti”ni qəbul edəcək. Bu komandalar aprelin 12-də və 18-də üz-üzə gələcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…