UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turniri

22 Aprel 2016 12:00

Xəbər 951 dəfə oxunub

Avropanın məşhur futbol klublarının skautları Bakıya gəlirlər. AFFA-nın saytı bu barədə məlumat yayıb. Belə ki, mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinə Avropanın tanınmış klubları tərəfindən böyük maraq göstərilir. İngiltərənin “Mançester Siti” və “Arsenal”, İspaniyanın “Sevilya”, Portuqaliyanın “Portu” klubunun skautları çempionatın oyunlarını izləmək məqsədilə Bakıya səfər edəcəkləri barədə AFFA-ya müraciət ünvanlayıblar.xeber100.com