Həndbol üzrə final yarışları davam edir

14 Aprel 2017 11:42

Xəbər 700 dəfə oxunub

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yeniyetmələrin XI Respublika oyunlarının proqramına daxil olan həndbol üzrə final yarışları davam edir.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən yarışların ikinci turunda 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası “Göygöl”ü 11:5 hesabı ilə məğlub edib. Digər oyunda 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçiləri “İsmayıllı” komandasına qalib gəliblər – 12:11. “Mingəçevir” komandası “Gəncə”ni 10:7, “Şirvan” isə “Saatlı”nı 12:8 hesabı ilə məğlubiyyətə uğradıb.xeber100.com