Şahmatçılar arasında Avropa çempionatı keçirilir

14 Aprel 2017 13:36

Xəbər 773 dəfə oxunub

Riqada qadın şahmatçılar arasında Avropa çempionatı keçirilir.Azərtac xəbər verir ki, iki turdan sonra çempionatda hər biri 2 xal toplayan 12 şahmatçı irəlidədir. Onların arasında Azərbaycanın iki nümayəndəsi – Zeynəb Məmmədyarova və beynəlxalq dərəcəli şahmat ustası Ülviyyə Fətəliyeva var.Turnir cədvəlinin ilk üç yerində Mariya Muzıçuk (Ukrayna), Nana Dzaqnidze (Gürcüstan) və Natalya Jukova (Ukrayna) qərarlaşıblar. 48 şahmatçının, o cümlədən təmsilçilərimiz Gülnar Məmmədovanın və Xanım Balacayevanın hər birinin aktivində 1,5 xal var. Günay Məmmədzadə, Türkan Məmmədyarova, Xəyalə Abdulla və Nərmin Məmmədova hərəyə bir xal toplayıblar.Xatırladaq ki, qadınların yarışında 33 ölkədən 146 iştirakçı, o cümlədən FIDE-nin titullarına sahib olan 125 şahmatçı iştirak edir.İsveçrə sistemi üzrə keçirilən Avropa çempionatı 11 turdan ibarətdir.xeber100.com