Şahmat Federasiyasının məlumatına görə…

14 Aprel 2017 13:40

Xəbər 817 dəfə oxunub

Azərbaycanın tanınmış qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan və ardıcıl dördüncü dəfə keçirilən “Shamkir Chess” beynəlxalq super turnirinin tanıtım videosu təqdim edilib.Azərtac xəbər verir ki, tanıtım videosunda turnirin iştirakçıları barədə məlumat verilir.“Synergy Group”un və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçiriləcək Vüqar Həşimov memorialında bu dəfə də FIDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 qrossmeyster mübarizə aparacaq.Turnirin rəsmi açılış mərasimi aprelin 20-də keçiriləcək. “Shamkir Chess 2017” turnirinə mayın 1-də yekun vurulacaq.xeber100.com