“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının hazırlıqları davam edir

17 Aprel 2017 11:32

Xəbər 742 dəfə oxunub

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları zamanı “Azərsu” ASC gücləndirilmiş iş rejimində çalışacaq.Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri A.Cəbrayıllı Azərtac-a açıqlamasında deyib.O bildirib ki, Azərbaycanda keçiriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına “Azərsu” ASC də hazırlıqlarını görür. Bizim Formula-1, Bakıda keçirilən birinci Avropa Oyunları, “Eurovision” yarışlarından təcrübəmiz var. İslam Həmrəyliyi Oyunları zamanı da bu təcrübələrimizdən yararlanacağıq.Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, yarış zamanı iş rejiminin dəyişdirilməsi ilə bağlı məsələ də qarşımıza qoyulub. Bunu Avropa oyunları zamanı tətbiq etmişdik. İslam Həmrəyliyi Oyunlarında da nəqliyyatın sıxlığını aradan qaldırmaq üçün iş vaxtını Nazirlər Kabinetinin qərarına uyğun olaraq dəyişdirəcəyik.xeber100.com