“Azərbaycan Hava Yolları” QSC cari ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəri Ciddəyə birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq.QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Ciddə Səudiyyə Ərəbistanının iqtisadi paytaxtı, həmçinin Məkkə inzibati rayonunun ən iri şəhəri hesab olunur. Ciddə şəhəri Beynəlxalq Hava Limanı (JED) turist və zəvvarların əsas tranzit məntəqələrindən biri sayılır.Şəhərə reyslər həftənin cümə axşamı və bazar günləri biznes və ekonom salonlu, komfortlu Airbus A320 laynerləri ilə yerinə yetiriləcək.Regionda unikal hesab ediləcək Ciddəyə birbaşa reyslər “Azərbaycan Hava Yollarının” digər reysləri ilə rahat calanacaq. Bu, nüfuzlu Britaniya agentliyi “Skytrax”ın qiymətləndirməsinə əsasən, postsovet məkanında ən yaxşı hava limanı adlandırılmış Beynəlxalq Aeroportu vasitəsilə Avropa və MDB ölkələrindən rahat tranzit uçuşlar planlaşdırmaq imkanı verəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…