Sambo üzrə Avropa birinciliyi davam edir

21 Aprel 2017 11:25

Xəbər 1072 dəfə oxunub

Çexiyanın paytaxtı Praqada yeniyetmələr arasında sambo üzrə Avropa birinciliyi davam edir.Azərtac xəbər verir ki, qitə birinciliyinin ikinci günündə Azərbaycan milli komandası daha 1 medal qazanıb.Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Abdulla Abdullayev (65 kq) bürünc medal qazanıb.Turnirin ilk günündə Yaşar Nəcəfov (60 kq) və Emin Hüseynov (62 kq) bürünc medala sahib olublar.Aprelin 21-də yekun vurulacaq yarışda 23 ölkədən 282 samboçu birincilik uğrunda mübarizə aparır.xeber100.com