“Shamkir Chess-2017” şahmat turnirində…

21 Aprel 2017 11:29

Xəbər 780 dəfə oxunub

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2017” şahmat turnirində bütün partiyalar canlı yayımlanacaq.Azərtac xəbər verir ki, turnirin rəsmi saytı vasitəsilə oyunları canlı izləmək mümkün olacaq.Partiyaları Azərbaycan və ingilis dillərində müvafiq olaraq Əməkdar məşqçi, beynəlxalq usta Anar Allahverdiyev, eləcə də qrossmeyster İqor Henkin şərh edəcəklər.Onlayn rejimdə partiyalarla yanaşı, şahmatçıların mətbuat konfransları da göstəriləcək.xeber100.com