“Neftçi”yə texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul edilib

26 Aprel 2017 12:58

Xəbər 729 dəfə oxunub

AFFA-nın İntizam Komitəsinin iclasında futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turunda “Zirə” ilə qarşılaşan “Neftçi”yə texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul edilib.Klubdan Azərtac-a bildiriblər ki, oyunun 68-ci dəqiqəsində Ruslan Abışovun əvəzinə meydana Huqo Barqasın daxil olması ilə legioner limitinin pozulması buna səbəb olub.“Neftçi” AFFA-nın İntizam Komitəsinin qərarına hörmətlə yanaşıb və buna etiraz etməyib.Bu səhvə görə əsas komandanın məşqçilər heyəti cərimələnəcək.Qeyd edək ki, oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.xeber100.com