Azərbaycan ilə Səudiyyə Ərəbistanının enerji əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.Azərtac xəbər verir ki, müzakirələr aprelin 26-da energetika naziri Natiq Əliyevin Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşündə aparılıb.Natiq Əliyev Azərbaycanın və Səudiyyə Ərəbistanının bazarda neftin qiymətinin stabilləşməsi üçün Neft İxrac edən Ölkələr Təşkilatı və bəzi qeyri-OPEC ölkələri çərçivəsində birgə səylər göstərdiyini deyib. Nazir bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.Xalid Əbdüləziz Əl Falih isə Azərbaycanın neftin qiymətinin bahalaşmasını nəzərdə tutan addımlarda iştirakının əhəmiyyətini qeyd edib. Nazir ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…