V Zirvə Oyunları keçiriləcək

27 Aprel 2017 11:23

Xəbər 682 dəfə oxunub

Mayın 4-9-da AAAF PARK Yaşayış Kompleksində V Zirvə Oyunları keçiriləcək. “Zirvə” Beynəlxalq İdman Klubunun nəzdində müxtəlif idman növləri ilə məşğul olan idmançıların qatılacağı yarış artıq ənənə halını alıb.Azərtac xəbər verir ki, builki yarışda 3 idman növü – ağır atletika, cüdo və bədii gimnastika üzrə qaliblər müəyyənləşəcək.Zirvə Oyunlarının keçirilməsində məqsəd idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.xeber100.com