Mayın 2-7-də Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Çempionatda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq.Azərtac xəbər verir ki, turnirin ilk günlərində sərbəst və qadın güləşçiləri yarışacaqlar.Sərbəst güləş üzrə yığma komandamız Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir. Təlim-məşq toplanışında İtaliya, Dağıstan və Osetiyadan olan güləşçilər də iştirak edirlər.İtaliya yığma komandasının üzvü Rio Olimpiadasının bürünc medalçısı, dünya və Avropa çempionu Frank Çamizo da Avropa çempionatına Bakıda hazırlaşır.Aprelin 27-də keçirilən məşqdən sonra yığma komandamızın baş məşqçisi Firdovsi Umudov Avropa çempionatına yollanacaq heyəti elan edib.Yığma komandanın məşqçiləri Arif Abdullayevin və Sadruddin Ayqubovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Gitinomaqomed Hacıyev (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) çempionatda ölkəmizi təmsil edəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…