Vergi orqanı olmayan şəhər və rayonlarda vergiödəyiciləri üçün müasir avadanlıqlar və sürətli internet xətti ilə təchiz edilmiş 58 xidmət mərkəzi yaradılaraq, vergiödəyicilərinin istifadəsinə verilib.Azərtac xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergiödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktorunun müavini Elçin Məmmədov deyib.Onun sözlərinə görə, bunların 7-si Bakı şəhərində, 51-i isə digər şəhər və rayonlarda yerləşir. Xüsusilə regionlarda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə 51 xidmət mərkəzindən 39-u vergi orqanı olmayan şəhər və rayonlarda yaradılıb.2017-ci ilin yanvar-mart ayları ərzində xidmət mərkəzlərində qəbul edilmiş vergiödəyicilərinin sayı 171 min 785 nəfər, göstərilmiş xidmətlərin sayı isə 279 min 571 olub. Xidmət mərkəzlərinə müraciət etmiş şəxslərin 73,2 faizi məhz regionlarda yerləşən xidmət mərkəzlərinə üz tutub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…