“Olimpiya Hərəkatı – 2017” layihəsi çərçivəsində…

29 Aprel 2017 17:00

Xəbər 879 dəfə oxunub

“Olimpiya Hərəkatı – 2017” layihəsi çərçivəsində keçirilən respublika birinciliyinin Bakı şəhəri üzrə rayondaxili yarışları başa çatıb.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, yarışlarda beş idman növü üzrə Bakının 12 rayonundan səkkiz minədək məktəbli iştirak edib. Qaydalara uyğun olaraq hər rayondan müvafiq idman növü üzrə qalib gələn komanda finala vəsiqə qazanıb.Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Olimpiya Hərəkatı – 2017” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyi voleybol, basketbol, badminton, atletika və velosiped idman növü üzrə keçirilir. Yarışlar Bakı şəhəri ilə yanaşı, Gəncə, Sumqayıt şəhərlərində və Göygöl rayonunda təşkil olunur.Birinciliyin məktəbdaxili mərhələsinə Bakı şəhəri üzrə 294, Gəncə şəhəri üzrə 46, Sumqayıt şəhəri üzrə 42, Göygöl rayonu üzrə 24 ümumi təhsil müəssisəsindən 90 minədək məktəbli qatılıb.“Olimpiya Hərəkatı – 2017” layihəsinin məqsədi məktəblilər arasında fiziki tərbiyə fənninə marağı daha da artırmaq, məktəblərdə sağlam və fəal həyat tərzini təşviq etmək, olimpiya idman irsini davam etdirməkdir.xeber100.com