Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksində yaşı 20 və 23-dək olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edir.Azərtac xəbər verir ki, kişilərin mübarizəsində ilk günün sonuncu qalibi 62 kiloqram çəki dərəcəsində müəyyənləşib.Qızıl medala toplam 271 kiloqram (123+148) nəticə ilə Məhəmməd Məmmədli sahib çıxıb. Gümüş medala 251 kiloqram (121+130) nəticə ilə Kənan Xəlilov, bürüncə isə 227 kiloqram (100+127) nəticə ilə Elməddin Hüseynov layiq görülüblər.Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…