Aprelin 29-da Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2017” beynəlxalq şahmat turnirinin səkkizinci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, “Synergy Group” tərəfindən təşkil olunan yarışın səkkizinci turunda turnirin lideri, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Polşa təmsilçisi Radoslav Voytaşekə məğlub olub. Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbovun Uesli So (ABŞ) ilə görüşü heç-heçə nəticələnib.Bu turda Rusiya təmsilçiləri qələbə qazanıblar. Vladimir Kramnik İngiltərə təmsilçisi Maykl Adamsı, Sergey Karyakin isə ukraynalı Pavel Elyanovu məğlub edib.Bolqarıstanlı Veselin Topalov ilə Hindistan şahmatçısı Pentala Harikrişna arasındakı partiya heç-heçə başa çatıb.Səkkizinci turda məğlub olmasına baxmayaraq, Ş.Məmmədyarov turnir cədvəlində vahid liderliyi davam etdirir. Şahmatçımızın aktivində 5 xal var. U.So ikinci, V.Topalov isə üçüncü sıradadır. Hər iki şahmatçı 4,5 xal toplayıb. Onlardan yarım xal az toplayan S.Karyakin, V.Kramnik, R.Voytaşek və M.Adams müvafiq olaraq, dördüncü, beşinci, altıncı və yeddinci yerlərdə qərarlaşıblar. Sonrakı yerləri isə müvafiq olaraq, Pavel Elyanov (3,5 xal), Teymur Rəcəbov (3,5) və P.Harikrişna tuturlar.Turnirə aprelin 30-da yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…