Dünya kuboku yarışlarının final mərhələsi keçirilir

30 Aprel 2017 11:04

Xəbər 889 dəfə oxunub

Aprelin 30-da Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə dünya kuboku yarışlarının final mərhələsi keçirilir.Azərtac xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən dünya kubokunun üçüncü – sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətlər üzrə final yarışları oynanılacaq.Aprelin 28-də startı verilən mötəbər turnirə 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34-ü fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.xeber100.com