Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə…

1 May 2017 11:16

Xəbər 792 dəfə oxunub

Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin və kolleclərin tələbələri arasında təşkil edilən futbol üzrə Azərbaycan çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, üçüncü yer uğrunda keçirilmiş oyunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası ilə Azərbaycan Texniki Universiteti ilə üz-üzə gəlib. Memarlıq və İnşaat Universitetinin komandası 2:1 hesabı ilə qalib gəlib.Final oyununda isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə Bakı Dövlət Universitetinin kollektivi qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən Bakı Dövlət Universitetinin komandası çempion olub.Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.Sabir Əlişanov (Azərbaycan Memarlıq və İnşaat Universiteti) turnirin ən yaxşı müdafiəçisi, Nicat Mahmudov (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) ən yaxşı hücumçusu seçilib. Nurəlı Əsədov (Bakı Dövlət Universiteti) isə çempionatın bombardiri olub.xeber100.com