“Zəfər günləri” adlı xüsusi tədbirlər təşkil edəcək

1 May 2017 11:38

Xəbər 776 dəfə oxunub

Milli Olimpiya Komitəsi (MOK) “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə bu mötəbər yarışda qalib gələn və mükafatçılar sırasına düşə bilən azərbaycanlı idmançıların şərəfinə “Zəfər günləri” adlı xüsusi tədbirlər təşkil edəcək. “Zəfər günləri” silsilə tədbirləri mayın 14-dən 23-dək davam edəcək.Azərtac xəbər verir ki, bu barədə mayın 1-də Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ç.Hüseynzadə “Zəfər günləri” kampaniyasının təqdimat mərasimində məlumat verib.MOK-un marketinq idarəsinin rəisi M.Kərimov bildirib ki, Milli Olimpiya Komitəsi tərəfindən ikinci dəfə keçiriləcək bu layihə çərçivəsində qalib idmançılarımızın, medallar qazanan atletlərimizin, onların ailə üzvlərinin, yaxınlarının, idman mütəxəssislərinin, ictimaiyyətin və KİV-lərin nümayəndələri ilə Komitədə görüşləri təşkil ediləcək. Beləliklə, MOK artıq ikinci dəfə medalçılar üçün yüksək səviyyədə mərasim təşkil edəcək. Tədbirlərdə KİV nümayəndələrinin uğur qazanan atletlərimizdən, onların ailə üzvlərindən müsahibələr alması üçün də şərait yaradılacaq.xeber100.com