Azərbaycan yığması UEFA İnkişaf turnirində çıxışını başa vurub

1 May 2017 11:43

Xəbər 712 dəfə oxunub

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində çıxışını başa vurub.Azərtac AFFA-ya istinadla xəbər verir ki, Qazaxıstan yığmasına qarşı keçirilmiş son oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən qazaxıstanlı futbolçular 4:3 hesabı ilə qələbə qazanıblar.Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Bosniya və Herseqovina, ikinci qarşılaşmda isə Monteneqro komandasına 0:3 hesabı ilə məğlub olmuşdu.xeber100.com