Mayın 17-19-da Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirləri – XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian 2017” sərgiləri keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə “Iteca Caspian” şirkətindən verilən məlumatda bildirilir.Ənənəvi sərgiyə bu dəfə Azərbaycan, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Yunanıstan və digər ölkələrin aparıcı şirkətləri qatılacaq. Bu il Macarıstan və Belarus Respublikası sərgidə milli stendlə, Dağıstan və Stavropol vilayəti regional stendlə iştirak edirlər. Yüz faiz Şri-Lanka çayının istehsalçılarından ibarət şirkətlər qrupuna başçılıq edən “Şri-Lanka Ti Bord” Dövlət Çay Komitəsi isə ardıcıl olaraq ikinci ildir sərgiyə qatılır. Təqdirəlayiq haldır ki, bu il sərgidə yerli şirkətlər və xüsusən də meyvə-tərəvəz ixracatçıları fəal iştirak edəcək. Eksponentlərin peşəkar ziyarətçilərə təqdim etməyə hazırladıqları məhsullar arasında şokoladlı konfetlər, kolbasa məmulatları, bakaleya malları, çay, düyü, inqrediyentlər, içkilər, meyvə-tərəvəz, çörəkxana və laboratoriya avadanlıqları və bir sıra digər məhsullar yer alır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…