Stolüstü tennis turniri keçirilib

3 May 2017 11:53

Xəbər 896 dəfə oxunub

Mayın 1-2-də Dövlət Gömrük Komitəsinin Akademiyasında xüsusi təyinatlı ali məktəblərin tələbə və müdavimləri arasında stolüstü tennis turniri keçirilib.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan turniri Gömrük Akademiyası təşkil edib.Turnirdə Dövlət Gömrük Komitəsinin, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin akademiyaları, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Milli Aviasiya Akademiyası və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin komandaları iştirak ediblər.xeber100.com