IV İslam Həmrəyliyi Oyunlarının uşu-sanda yarışlarında…

3 May 2017 12:03

Xəbər 874 dəfə oxunub

Mayın 3-də Azərbaycan Uşu Federasiyası IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək uşu-sanda üzrə yığma komandanın hazırlığı, planları ilə bağlı mətbuat konfransı keçirib.Azərtac xəbər verir ki, Azərbaycan Uşu Federasiyasının prezidenti A.Həsənsoy mətbuat konfransında IV İslam Həmrəyliyi Oyunlarının uşu-sanda yarışlarında 17 ölkədən idmançıların çıxış edəcəyini bildirib. Diqqətə çatdırıb ki, ölkəmiz bu idman növündə 7 çəki dərəcəsindən 6-da təmsil olunacaq.Ötən oyunlara 3 idmançı ilə qatıldıqlarını deyən federasiya prezidenti bir gümüş və bir bürünc medal qazanıldığını vurğulayıb.xeber100.com