Azərbaycan kuboku uğrunda yarışın final oyununa təyinatlar açıqlanıb

4 May 2017 11:27

Xəbər 724 dəfə oxunub

“Qarabağ” və “Qəbələ” klubları arasında keçiriləcək futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın final oyununa təyinatlar açıqlanıb.Azərtac xəbər verir ki, Naxçıvan Muxtar Respublika stadionunda keçiriləcək oyunun baş hakimi Fariz Yusifov olacaq. Ona Vaqif Musayev, Namiq Hüseynov və Əliyar Ağayev kömək edəcəklər.Görüşdə AFFA nümayəndəsi Əli Hüseynov, hakim-inspektor isə Məlik Həsənov olacaq.“Qarabağ”-“Qəbələ” oyunu mayın 5-də saat 16:00-da başlayacaq.xeber100.com