“Coca-Cola U-13 Liqa”nın 2016/2017-ci il mövsümünə yekun vurulub

5 May 2017 11:37

Xəbər 847 dəfə oxunub

Bayıl stadionunda keçirilmiş final oyunu ilə “Coca-Cola U-13 Liqa”nın 2016/2017-ci il mövsümünə yekun vurulub.Azərtac xəbər verir ki, “Qəbələ” və “Vətən” komandaları arasında keçirilmiş həlledici oyunda əyalət təmsilçisi 1:0 hesabı ilə qələbə qazanaraq liqanın qalibi olub. “Mançester Yunayted” isə üçüncü yeri tutub.Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov, Texniki direktor Bernhard Lippert, Coca-Cola şirkətinin region üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev təqdim ediblər.Mövsüm ərzində 51 qol vuran Ayxan Allahverdiyev (TİM) bombardirlər yarışında həmyaşıdlarını qabaqlayıb. “Vətən” klubunun üzvü Mübariz Hüseynzadəyə “Fair-play” mükafatı verilib. Liqanın ən yaxşı futbolçusu “Qəbələ” komandasından İxtiyar Məmiyev seçilib.xeber100.com