Cüdo yarışlarının ikinci gününə start verilib

14 May 2017 10:16

Xəbər 864 dəfə oxunub

Mayın 14-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci gününə start verilib.Azərtac xəbər verir ki, yarışların ikinci günündə fərdi mübarizədə kişilər arasında 81, 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı, qadınlarda isə 70, 78 kiloqram çəki dərəcələrində idmançılar Heydər Əliyev adına İdman Sarayında döşək üzərinə çıxacaqlar.“Bakı-2017”də yarışa dörddəbir final mərhələsindən başlayacaq milli komandamızın üzvlərindən Məmmədəli Mehdiyev (90 kq) Abdalkarim Albişi (Səudiyyə Ərəbistanı) – Mihail Marçitan (Birləşmiş Ərəb Əmirlikləri), “Rio-2016” Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov (100 kq) isə Ali Erdoğan (Türkiyə) – Mahmudulla Haq Mohammadi (Əfqanıstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcəklər.Mübarizəyə dörddəbir finaldan qoşulacaq yığmamızın digər cüdoçusu, builki Avropa çempionu Elxan Məmmədov (100 kq) Səudiyyə Ərəbistanı təmsilçisi Sultan Mania ilə görüşəcək.Qadınların mübarizəsinə yarımfinaldan qoşulacaq İrina Kindzerska (78 kq) finala adlamaq uğrunda ilk rəqibi Toqo idmançısı Noeline Essohanam Koroya, sonrakı döyüşdə isə Əlcəzair təmsilçisi Sonia Asselahana qarşı çıxış edəcək.Bu gün, həmçinin paracüdoçu kişilərin yarışında 66, 73, 90 kiloqram, eləcə də 100 kiloqramdan yuxarı çəki dərəcələrində idmançılar mübarizə aparacaqlar. Paracüdo yarışlarında ölkəmiz 7 idmançı ilə təmsil olunacaq.Bayram Mustafayev (66 kq) finalda yarışmaq üçün əlcəzairli Mohammed Kamel Bellabasla, eyni çəkidə Elçin Talıbov ilk mərhələdə özbəkistanlı Utkirjon Niqmatov, sonrakı döyüşdə isə türkiyəli Recep Ciftçi ilə gücünü sınayacaq.Turnirə yarımfinaldan qoşulacaq Ramil Qasımov bu mərhələdə (73 kq) iranlı Mahdi Borçlou – türkiyəli Serdar Aydın cütünün qalibi ilə, həmin çəkidə Natiq Talıbov isə dörddəbir finalda əlcazairli Youcef Radjaini məğlub edəcəyi təqdirdə yarımfinalda özbəkistanlı Feruz Sayidovla qarşılaşacaq.Rövşən Səfərov (90 kq) özbəkistanlı Şukrat Boboev, Tofiq Məmmədov isə İran cüdoçusu Mohammad Ali Şanani ilə münasibətlərə aydınlıq gətirəcək.Paralimpiya çempionumuz İlham Zəkiyev 100 kiloqramdan yuxarı çəki dərəcəsində Özbəkistan təmsilçisinə, Kənan Abdullaxanlı isə türkiyəli rəqibinə qarşı finala çıxmaq üçün yarışacaq.IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarının birinci günündə yığmamızın üzvləri 6 qızıl, 7 gümüş olmaqla, cəmi 13 medala sahib olublar.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02