Çinin paytaxtı Pekində Azərbaycan və Çin arasında “Texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində Anlaşma Memorandumu” imzalanıb. Sənədi “Bir kəmər – bir yol” strategiyası çərçivəsində keçirilən beynəlxalq forumda iştirak etmək üçün Pekində səfərdə olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov və Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının sədr müavini (nazir müavini) Vu Çinxay imzalayıb.Sənədin imzalanmasından əvvəl keçirilən görüşdə R.Həsənov Azərbaycanda qeyri-neft ixrac potensialının gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan işlər, yerli məhsulların xarici bazarlarda satışının genişləndirilməsi istiqamətində görülən tədbirlərdən danışıb. Bu sahədə Çinlə əməkdaşlığın vacib əhəmiyyət daşıdığını qeyd edən komitə sədri məsələyə Çin tərəfinin marağını yüksək qiymətləndirib.Görüşdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının Çinə ixracı və bu istiqamətdə keyfiyyət infrastrukturu sahələrinin qarşılıqlı tanınmasına nail olmaqla bağlı razılıq əldə olunub. Belə ki, qarşılıqlı anlaşmaya əsasən Çin tərəfi Azərbaycanda istehsal olunan məhsullara verilmiş sertifikatları tanıyacaq, akkreditasiya olunmuş sertifikatlaşdırma orqanları ilə əməkdaşlığı gücləndirəcək. Bundan başqa, Çin akkreditasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara üzv olmaqla bağlı Azərbaycana öz dəstəyini göstərəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…