ABŞ-da xam neft hasilatı ötən hesabat həftəsində gündəlik 9 min barrel azalıb. Bu o deməkdir ki, ölkədə neft hasilatı ardıcıl 12 həftə artımdan sonra ötən həftə ilk dəfə azalıb.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ölkədə neft istehsalı ötən həftə sutkada 9 min barrel (0,4 faiz) azalaraq 9,3 milyon barrel olub.ABŞ-da kommersiya xam neft ehtiyatları 1,8 milyon barrel və ya 0,3 faiz azalaraq 520,8 milyon barrel olub. Ölkədə benzin ehtiyatları da qeyd edilən dövr ərzində 0,4 milyon barrel və ya 0,2 faiz azalaraq 240,7 milyon barrel təşkil edib. Ölkənin neft idxalı 970 min barrel artaraq 8,59 milyon barrel olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…