Təhsil Nazirliyinin dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib. AXA MBASK-dan “APA-Economics”ə verilən məlumata görə, “Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi üçün “Məktəb icmaları”nın rəsmi saytında (www.community.az) müxtəlif mövzularda olan təlimlər üzrə müəllim, valideyn və şagirdlər arasında sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, “Atam, anam və mən: bir-birimizi necə başa düşə bilərik?” və “Uşaqlarda davranış problemləri” adlı aktual mövzular seçilib. Təlimlərdə 2000-dən çox valideyn, şagird və müəllimin iştirakı nəzərdə tutulub. Layihənin və təlimlərin əsas məqsədi valideynlərlə uşaqlar arasında effektiv ünsiyyət bacarıqlarının artırılması, aqressivlik, həyəcanlılıq, yalan danışma və digər davranış problemlərinin aradan qaldırılması, uşaqların fərdi xüsusiyyətlərindən asılı olaraq düzgün tərbiyə üsullarının və konstruktiv qarşılıqlı təsiretmə yollarının açıqlanmasıdır. Layihə çərçivəsində professional psixoloqlar tərəfindən 45 təlim keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…