“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının doqquzuncu günündə Azərbaycan medal siyahısında liderliyini davam etdirib. Azərbaycan milli komandasının hesabında hazırda 154 medal (75 qızıl, 46 gümüş və 33 bürünc) var.Azərtac xəbər verir ki, gün ərzində Azərbaycan idmançıları 20 medal qazanıblar. Bu medallardan 9-u qızıl, 7-si gümüş, 4-ü bürüncdür. Milli komandamızın aktivinə ən çox medalı qadın güləşçilərimiz yazdırıblar. Qadın güləşi yarışlarında idmançılarımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.İslamiadanın doqquzuncu günündə aktivinə 13 medal yazdıran Türkiyə ikinci sıradadır. Hazırda Türkiyə yığmasının hesabında 185 medal (68-63-54) var.Üçüncü sırada qərarlaşan İran idmançıları İslamiadada 90 medal (31-26-33) əldə ediblər. Hazırda siyahıda dördüncü yerdə qərarlaşan Özbəkistanın hesabında 62 medal (15-17-30) var. Bəhreyn 21 medalla (12-5-4) ilk beşliyi qapayır.Ümumilikdə doqquz gün ərzində 39 ölkənin idmançıları medal qazana biliblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…