Stolüstü tennis üzrə yarımfinal mərhələsinin görüşləri keçirilib

22 May 2017 07:46

Xəbər 678 dəfə oxunub

Mayın 21-də “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadın və kişi komandaları arasında yarımfinal mərhələsinin görüşləri keçirilib.Azərtac xəbər verir ki, qadın komandamız yarımfinalda Pakistan yığmasına 3:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Yarımfinalın digər görüşündə İran idmançıları Türkiyə komandasını 3:2 hesabı ilə məğlub edib. Beləliklə, final görüşündə Azərbaycan millisi İran yığması ilə qarşılaşacaq.Üçüncü yer uğrunda görüşdə Türkiyə idmançıları Pakistan təmsilçilərinə qalib gəliblər – 3:1.Kişi komandalarının yarışında təmsilçilərimiz yarımfinalda Türkiyə yığmasına 0:3 hesabı ilə məğlub olublar. Digər yarımfinal görüşündə İran millisi Səudiyyə Ərəbistanı üzərində 3:0 hesablı qələbə qazanıb. Kişi komandaların yarışının finalında Türkiyə və İran komandaları üz-üzə gələcəklər.Azərbaycan komandası bürünc medal uğrunda görüşdə Səudiyyə Ərəbistanı təmsilçilərinə 3:1 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.Final görüşləri mayın 22-də keçiriləcək.xeber100.com