“AtaBank” ASC İqtisad Universitetində (UNEC) keçirilən “XIII Beynəlxalq bilik, iqtisadiyyat və menecment konfransı”nın sponsoru olub.Bankdan Azərtac-a bildiriblər ki, “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən konfransın təşkilatçıları UNEC-lə yanaşı, Türk Dünyası İqtisadçılar Birliyi, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti, Bandırma On Yedi Eylül Universiteti, Bilik, “İqtisadiyyat və Menecment” jurnalı olub.Konfransda Azərbaycanla yanaşı, Türkiyə, İran, ABŞ, Avstraliya, Özbəkistan, Pakistan daxil olmaqla bir çox ölkənin elm adamları iştirak ediblər.””XIII Beynəlxalq bilik, iqtisadiyyat və menecment konfransı” ictimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasıdır. “AtaBank” Azərbaycan post-neft dövründə ölkənin iqtisadi inkişafını məhz bilik və innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasında görür. Müasir dövrdə ixtisaslı mütəxəssislər olmadan davamlı iqtisadi inkişafdan, yenilikdən söhbət gedə bilməz. Bankımızın korporativ sosial məsuliyyət siyasətinə elmin də dəstəklənməsi daxildir. İctimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasına sponsor olmağımız bu siyasətimiz çərçivəsində təmin edilib”,- deyə “AtaBank” ASC-nin kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov bildirib.Sonda “AtaBank” ASC-yə elmi konfransa göstərdiyi maliyyə dəstəyinə görə təşəkkürnamə təqdim olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…