“Caspian European Club”un tədbirlər planında dəyişiklik olunub.“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev Azərtac-a bildirib ki, iyunun 7-də planlaşdırılmış Azərbaycan Respublikası Mərkəzi Bankının Sədri Elman Rüstəmovun iştirakı ilə bank sektoruna, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə turizm sektoruna həsr olunmuş “Caspian Energy Forum”un xüsusi sessiyalar qeyri-müəyyən vaxtadək təxirə salınıb. Buna səbəb adları qeyd olunan dövlət məmurlarının qrafiklərinin gərgin olmasıdır.“Rəhbərlik adından mən “Caspian European Club” və “Caspian American Club”un üzvləri, həmçinin bu tədbirlərə gəlməyi planlaşdırmış xarici qonaqlar, şirkət və təşkilat rəhbərləri qarşısında üzr istəyirəm”, – deyə o qeyd edib.Onun sözlərinə görə, biznes-forumlarda 150-yə yaxın nümayəndənin, o cümlədən Xəzər-Qara dəniz regionu və Avropa İttifaqı (Aİ) ölkələrinin şirkət rəhbərləri və nümayəndələrinin iştirakı planlaşdırılıb.“Biz maraqlanan bütün şirkətləri iyunun 14-də “Caspian European Club” və “Caspian American Club” çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Dövlət Agentliyinin direktoru Zaur Əliyevim iştirakı ilə icbari tibbi sığortaya həsr olunmuş “Caspian Energy Forum”un xüsusi sessiyasında iştirak etməyə dəvət edirik”, – deyə T.Əliyev bildirib.“Caspian European Club” və “Caspian American Club” ayda iki dəfə Bakıda, il ərzində isə dünyanın müxtəlif ölkələrində biznes-forumlar təşkil edir. Həmin biznes-forumlar çərçivəsində şirkətlərin əlaqələr yaratmaq, dövlət qurumlarına öz problemlərini danışmaq, bu problemlərin həlli üzrə tək¬liflər irəli sürmək, həmçinin cavabları mövcud problemlərin həlli yollarını tapmaqda onlara yardım edən və şirkətlərin biznesinin inkişafını şərtləndirən suallar vermək imkanları olur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…