Stolüstü tennis üzrə dünya çempionatı keçirilir

31 May 2017 10:50

Xəbər 745 dəfə oxunub

Almaniyanın Düsseldorf şəhərində stolüstü tennis üzrə dünya çempionatı keçirilir.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a bildiriblər ki, çempionat ərəfəsində mayın 30-da Avropa Stolüstü Tennis Birliyinin konqresi təşkil olunacaq.Konqresdə Azərbaycanı federasiyanın vitse-prezidentləri Fazil Məmmədov və Səbuhi Mehdizadə təmsil edirlər. Konqresdə idarə heyəti ilə bağlı yeniliklər, Avropa çempionatının və digər yarışlar, milli çempionatların, milli liqaların tarixləri məsələsi müzakirə olunur.Eyni zamanda, mayın 31-də Dünya Stolüstü Tennis Federasiyasının illik ümumi yığıncağı keçiriləcək. Yığıncaqda qitə federasiyalarının illik hesabatları, 2017-2020-ci illər Beynəlxalq Stolüstü Tennis Federasiyasının yeni prezidenti və icraedici orqana seçkilər keçiriləcək.Dünya çempionata iyunun 6-da yekun vurulacaq.xeber100.com