İngiltərə Premyer Liqasında sonuncu komanda müəyyənləşib

31 May 2017 10:56

Xəbər 859 dəfə oxunub

Futbol üzrə İngiltərə Premyer Liqasında növbəti mövsüm mübarizə aparacaq sonuncu komanda müəyyənləşib.Azərtac xəbər verir ki, Çempionşipin pley-off oyununda “Haddersfild” və “Ridinq” komandaları qarşılaşıblar. Əsas vaxtı qolsuz bərabərliklə nəticələnən matçın penaltilər seriyasında 4:3 hesabı ilə rəqibini məğlub edən “Haddersfild” elitaya vəsiqə qazanan sonuncu komanda olub.Bununla da, komanda 45 ildən sonra ilk dəfə yüksək liqada çıxış edəcək.Xatırladaq ki, bundan əvvəl “Nyukasl” və “Brayton” Premyer Liqada oynamaq hüququ qazanıb.xeber100.com