Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyulun 4-də dövlət əmlakının özəlləşdirilməsi üzrə yeni hərrac elan edilib. Hərraca çıxarılan 122 dövlət əmlakından 26-sı kiçik dövlət müəssisə və obyekti, 76-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətləridir.Komitədən Azərtac-a bildirilib ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərə “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Yevlax Yun”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, “Mingəçevir Qum-Çınqıl” və digər bu kimi səhmdar cəmiyyətlər aiddir.Hərraca çıxarılan səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 53 min 750 manatla 2 milyon 391 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Yevlax Yun“ ASC-dir. Bu əmlakın səhminin 20 faizi 240 min manata yaxındır. Bundan əlavə, qiyməti digərlərindən fərqlənən əmlak “Mingəçevir Qum-Çınqıl” ASC-dir. Həmin əmlakın səhmi isə 156 min manata yaxın təklif olunur. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Gəncə, Şirvan, Balakən, Zaqatala, Lənkəran, Sumqayıt və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 24 kvadratmetr ilə 147 min kvadratmetr arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Zaqatala Barama Toxumu Zavodudur. Həmin əmlak 283 min 750 manata təklif edilir. Torpaq sahəsi 18 min 350 kvadratmetr, ümumi faydalı sahəsi isə 3 min 881 kvadratmetr təşkil edir. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Sumqayıt şəhərində yerləşən 22 saylı mağaza 218 min manata yaxın, Şirvanda yerləşən Yardımçı Təsərrüfat 157 min 500 manata təklif olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…