SOCAR ilə “Özbəkneftqaz” şirkəti arasında Azərbaycanda mümkün fəaliyyət istəqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Memorandum imzalanıb.Şirkətin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Xəzər Neft və Qaz-2017” sərgi-konfransında iştirak etmək üçün Bakıda səfərdə olan “Özbəkneftqaz” şirkətinin idarə heyətinin sədri Alişer Sultanov ilə görüşdə Azərbaycanda və Özbəkistanda artıq bir ənənəyə çevrilmiş beynəlxalq neft və qaz sərgilərinin dünyanın enerji qurumları arasında fikir və təcrübə mübadiləsinin aparıldığını, bu sahədə əldə olunmuş nailiyyətlərin nümayiş etdirilməsi üçün mühüm platforma rolunu oynadığını qeyd edib, bu forumlar çərçivəsində keçirilən ikitərəfli görüşlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.O, SOCAR-ın regional və qlobal əhəmiyyətli layihələrdə uğurlu iştirakını xatırladaraq, bu layihələr çərçivəsində əldə olunan nailiyyətlərin və qazanılan təcrübənin Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığının inkişafında faydalı olacağını və gələcək layihələr üçün əsas yaradacağını bildirib. R.Abdullayev enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinin, birgə neft-qaz əməliyyatlarının aparılması üçün perspektivlərin araşdırılmasının SOCAR-da diqqət mərkəzində olduğunu qeyd edib, şirkətin ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin gedişi haqqında qonaqlara ətraflı məlumat verib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…