Həndbol üzrə XVI Uşaq Festivalına start verilib

6 İyun 2017 11:13

Xəbər 663 dəfə oxunub

Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində həndbol üzrə XVI Uşaq Festivalına start verilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, festivalda Azərbaycanı yeniyetmə qızlardan ibarət yığma komanda təmsil edir.Yarışda hər komanda minimum beş oyunda qüvvəsini sınayır. Bundan əlavə, oyunçuların “Festivalın Miss və Misteri” nominasiyaları uğrunda müsabiqədə iştirak etmək hüququ var.Artıq 14 ildir keçirilən yarış “Tolyatti günü”nə həsr olunur.Festivala iyunun 9-da yekun vurulacaq.xeber100.com