“Azərreyl” klubu serbiyalı voleybolçu ilə yollarını ayırıb

7 İyun 2017 10:37

Xəbər 922 dəfə oxunub

Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu serbiyalı Danitsa Radenkoviç ilə yollarını ayırıb.Azərtac xəbər verir ki, voleybolçu “dəmiryolçular”la müqavilənin müddətini uzatmayıb.D.Radenkoviç karyerasını Polşada davam etdirəcək. Azərbaycan Super Liqasının gümüş medalını qazanan toppaylayıcı Bakı təmsilçisi ilə birillik razılıq əldə etdiyi üçün yeni mövsümü “Muşinyanka”da davam etdirəcək.Qeyd edək ki, D.Radenkoviç “Azərreyl”ə 2016/2017-ci il mövsümünün əvvəlində “Atom”dan transfer olunmuşdu. O, 2014-2015-ci illərdə isə “Muşinyanka” çıxış edib.xeber100.com